Gündəm / Dünya

Rusiya Ukraynada fosfor bombalarından istifadə edir

Rusiya Ukraynada fosfor bombalarından istifadə edir

 

Rusiya hərbçiləri Ukraynanın Kramatorsk şəhərində qadağan olunmuş silahlardan istifadə edir.

Kanal14.az  UNİAN-a istinadən xəbər verir ki, bu barədə Kramatorsk Patrul Polis İdarəsinin rəisinin birinci müavini Aleksey Beloşitski məlumat verib.

Kramatorsk şəhərində rusiyalılar tərəfindən fosforlu bombaların istifadəsi ilə bağlı daha bir hadisə qeydə alınıb.

Qeyd edək ki, bu cür silahların yaşayış məntəqələrində və ya yaxınlığında yerləşən hərbi hədəflərə qarşı istifadə edilməsi qadağandır.