Gündəm / Dünya

"Qəribə" tanker "Şimal axını" üzərində partlayışlardan bir həftə əvvəl üzüb - KİV


Yunanıstan bayrağı altında üzən "Minerva Julie” tankeri sentyabrın 6-dan 12-dək "Şimal axını” və "Şimal axını-2” qaz kəmərləri üzərindən üzüb.

"Kanal14.az" "Pravda.com.ua"ya istinadən qeyd edir ki, onun hərəkətləri sentyabrın 26-da baş verən boru kəməri partlayışları ilə bağlı ola bilər.

Təfərrüatlar: Danimarka analitiki Oliver Alexander tankerin qəribə marşrutlarını qeyd etdi, o, dəniz avtomatik identifikasiyası sisteminin (AIS) məlumatlarını boru kəmərinin dörd zolağından üçünün yaxınlığından keçən gəmilərdən təhlil edib.

Təhlilçi müəyyən edib ki, 600 futluq Minerva Julie tankeri Rotterdamdan şərqə doğru gedirdi. Lakin, sentyabrın 6-da qəfildən Baltik dənizinin ortasında demək olar ki, bir həftə dayandı. "Şimal axını” üzərindən altı gün üzən tanker Tallinə yollanıb, oradan isə Sankt-Peterburqa gedib və sentyabrın 18-də orada dayanıb.

Tankerin sahibləri nəşrə qəribə gecikməni gəminin sonrakı marşrutla bağlı təlimat gözləməsi ilə izah ediblər.

Business Insider hesab edir ki, tanker boru kəmərindəki partlayışlarda iştirak etməsə belə, ekipajın ifadəsi müstəntiqlərə dəyərli məlumat verə bilər.

Kanal14.az
Aytəkin Talıbqızı