Gündəm / Dünya

Zelenski ukraynalıların “Şimal axını”nın pozulmasında iştirak etmədiyini bəyan edib

Zelenski ukraynalıların

"Kanal14.az" "Ntv.ru"ya istinadən bildiir ki, Vladimir Zelenski Qərb mediasının ukraynalıların "Şimal axını”nda təxribat törətməsi ilə bağlı xəbərlərini təkzib edib.

Vladimir Zelenski bildirib ki, ukraynalılar "Şimal axını” qaz kəmərlərinin zədələnməsində iştirak etməyiblər. Zelenski Kiyevdə Finlandiyanın baş naziri Sanna Marinlə keçirdiyi birgə brifinqdə deyib: - "Ukraynalılar qətiyyən bunu etməyiblər”.

Eyni zamanda, Zelenski ukraynalıların təxribatda iştirakı ilə bağlı medianın bəyanatlarını "təhlükəli” adlandırıb. Çünki, bu cür nəşrlər Ukraynaya silah tədarükünü ləngidə bilər.

"Şimal axını” qaz kəmərlərində təxribat 2022-ci il sentyabrın sonunda baş verib. Danimarkanın Bornholm adası yaxınlığında bir neçə sızma aşkar edilib. Rusiya prezidenti Vladimir Putin bunun açıq-aşkar terror aktı olduğunu deyib. Almaniya, İsveç və Danimarka baş verənləri araşdırır. Moskva dəfələrlə bildirib ki, onun mütəxəssislərinin istintaqda iştirakına icazə verilmir.

Bu ilin fevral ayında amerikalı jurnalist və Pulitzer mükafatı laureatı Seymur Herş ABŞ hakimiyyətinin və onların NATO müttəfiqlərinin Şimal axınına hücumda iştirakını bildirən məqalə dərc edib.

Bu həftə bir sıra Qərb nəşrləri qaz kəmərlərinin partladılmasında Ukraynanın izi ilə bağlı materiallar dərc edib. Belə ki, "The New York Times” kəşfiyyat məlumatlarından yazıb ki, ona görə, "Şimal axını”na hücuma görə müəyyən bir ukraynayönlü qrup məsuliyyət daşıyır. Almaniyanın "Die Zeit” nəşri yazıb ki, alman müstəntiqləri qaz kəmərlərinin partladılmasında iştirak edə biləcək gəmini müəyyən ediblər və izlər Ukrayna istiqamətində gedir. Britaniyanın "The Times" qəzeti isə məqalə dərc edib ki, Avropa ölkələrinin kəşfiyyat agentlikləri təxribatın iddia edilən "sponsoru"nun adını bilirlər - guya bu, "şəxsi təşəbbüs" nümayiş etdirən və Ukrayna hakimiyyəti ilə əlaqəsi olmayan varlı ukraynalıdır.

Kanal14.az
Jalə Asiman