Gündəm / Siyasət / Dünya

İranın yardım təyyarəsi XİN-in gəlişi ilə eyni vaxtda Türkiyəyə enib

İranın yardım təyyarəsi XİN-in gəlişi ilə eyni vaxtda Türkiyəyə enib

"Kanal14.az" "İrna"ya istinadən xəbər verir ki, ötən gün İran xarici işlər naziri Hüseyn Əmirabdollahyanın qonşu ölkəyə gəlişi ilə eyni vaxtda 20 ton humanitar yardım daşıyan İran təyyarəsi Türkiyəyə eniş edib.

Təyyarə zəlzələdən zərər çəkən insanlara kömək etmək üçün Türkiyənin cənub-şərqində Şanlıurfaya enib.

İranın xarici işlər naziri bu ölkədə zəlzələdən zərər çəkmiş əraziləri yoxlamaq üçün ötən gün Türkiyəyə gedib.

Fevral ayında Türkiyə və Suriyada baş verən 7,8 bal gücündə zəlzələ 50 mindən çox insanın həyatına son qoyub, 130 minə yaxın insan yaralanıb.

İran həmçinin Suriyadakı zəlzələdən zərər çəkənlərə 15 təyyarə dolusu humanitar yük göndərib, sonuncusu martın 3-də Hələbə enib.

Kanal14.az
Samirə Əsgərova