Gündəm / Cəmiyyət / Dünya

Xaricdə aktivləşdirilən iPhone Rusiyada satılmağa başladı

Xaricdə aktivləşdirilən iPhone Rusiyada satılmağa başladı

Rusiyada əvvəlcədən aktivləşdirilmiş iPhone-ları xaricə satmağa başladılar.

"Kanal14.az" qeyd edir ki, bu barədə "İzvestiya” məlumat yayıb.

"Artıq aktivləşdirilmiş iPhone-lar Rusiyada satışa çıxarılıb. Bu, ölkəmizlə işləyən Qərb şirkətlərinin ABŞ-ın sanksiyaları altına düşməkdən qorxması ilə bağlıdır. Onlar həmçinin 300 dollardan yuxarı smartfonların tədarükünə qoyulan qadağaya görə Apple ilə müqavilənin ləğvindən qorxurlar”, - "İzvestiya” distribyutora istinadən yazır.

Mütəxəssislərin fikrincə, cihaz xaricdə ilkin aktivləşdirmə prosedurundan keçərkən, Apple onun sonrakı taleyi ilə az maraqlanır.

Qeyd edilir ki, bu cür telefonların dezavantajı onların dünya miqyasında zəmanət müddətinin azalması olacaq, lakin yerli satıcının cavabdeh olduğu zəmanət, əvvəlki kimi bir il olacaq.

Xatırladaq ki, ABŞ Rusiyaya dəyəri 300 dollardan çox olan cihazların idxalına qadağa qoyub.

Bundan əvvəl Apple şirkəti Rusiya Federasiyasında bəzi qadcetləri üçün zəmanət xidmətini dayandırdıqlarını açıqlamışdı.

Kanal14.az
Asiman Əsədsoy