"Apple" şirkəti martın 8-nə planlaşdırılan təqdimata dəvətlər göndərməyə başlayıb.

"Kanal14.az" xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti bildirib.

Korporasiyanın tədbirdə sələfindən daha ucuz olacaq yeni iPhone SE-ni təqdim edəcəyi gözlənilir. Hazırkı iPhone SE-nin qiyməti təxminən 400 dollardır.

Proqnozlara görə, yeni smartfon 5G şəbəkəsini dəstəkləyəcək.