Gündəm / Dünya

Kiyev Aİ-nin bloka daxil olması ilə bağlı tövsiyələrinin yerinə yetirildiyini açıqlayıb

Kiyev Aİ-nin bloka daxil olması ilə bağlı tövsiyələrinin yerinə yetirildiyini açıqlayıb

Ukraynanın baş naziri Denis Şmıxal bildirib ki, Kiyev Avropa İttifaqının bütün tövsiyələrinə əməl edib və birliyə qoşulmaq üzrə danışıqlara keçməyə hazırdır.

"Ukrayna Aİ-nin bütün yeddi tövsiyəsinə əməl edib. Bu, bu il Aİ-yə daxil olmaq üzrə danışıqlara başlamaqla irəliləmək əzmimizi nümayiş etdirir”, - deyə, o, tvitində yazıb.

"Kanal14.az"ın "news.am"a istinadən məlumatına görə, Ukrayna Rusiyanın genişmiqyaslı işğalından dörd ay sonra, keçən iyun ayında Aİ-yə rəsmi namizəd statusu alıb.

Eyni zamanda, Aİ bildirib ki, Kiyev korrupsiyaya qarşı mübarizəni gücləndirmək və "oliqarxların həddindən artıq təsirini” məhdudlaşdırmaq da daxil olmaqla 7 islahat aparmalıdır.

Kanal14.az
Ulduz Talıblı