Ukrayna Silahlı qüvvələri Kiyev yaxınlığında əks hücuma keçib. 

"Kanal14.az" xəbər verir ki, Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenkonun məlumatına görə, hərbçilər Rusiya qüvvələrinin beş tankını sıradan çıxarıblar.

Səhər saatlarında paytaxtın kənarında artilleriya döyüşlərinin getdiyi bildirilir: "Gecə kifayət qədər çətin keçdi. Ukrayna ordusu Kiyev yaxınlığında əks hücuma keçdi. Beş tank sıradan çıxarıldı. Səhər saatlarında qərb kənarında artilleriya döyüşləri eşidilib".

O qeyd edib ki, vəziyyət çətin olaraq qalır, lakin nəzarətdədir.