Gündəm / Siyasət

ABŞ Ermənistan və Azərbaycanın vasitəçi deyil, tərəfdaşıdır

ABŞ Ermənistan və Azərbaycanın vasitəçi deyil, tərəfdaşıdır

Martın 5-də Dağlıq Qarabağda beş nəfərin ölümü ilə nəticələnən atışma ilə bağlı xəbərləri izləyirik.

"Kanal14.az" "news.am"a istinadən qeyd edir ki, Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays keçirdiyi növbəti brifinqdə Ermənistanın son təxribat əməllərinə istinadən bildirib.

"Biz martın 5-də Dağlıq Qarabağda 2 nəfərin ölümü ilə nəticələnən atışma ilə bağlı məlumatları izləyirik. Həlak olanların ailələrinə başsağlığı veririk. Münaqişənin hərbi yolla həlli ola bilməz və mübahisələrin həlli üçün gücdən istifadə yolverilməzdir. Sülhün yeganə yolu danışıqlar masası arxasında oturmaqdır. Qafqaz məsələləri üzrə baş məsləhətçi Lui Bono birbaşa dialoq və diplomatiya vasitəsilə irəliyə doğru yeganə yolu vurğulamaq üçün regiondadır”, -deyə Prays bildirib. O vurğulayıb ki, tərəflər özləri qərar verməlidirlər.

"Bu, tərəflərin özlərinin işidir və biz başqa vasitəçilik təklifinə qarşı çıxmayacağıq. Əslində biz hər iki ölkə üçün vasitəçi yox, tərəfdaşıq. Düşünürəm ki, biz həm sözdə, həm də əməldə iki ölkəni yaxınlaşdıra biləcəyimizi göstərdik, həmçinin Ermənistan və Azərbaycan arasında münasibətlərdə əlavə irəliləyiş əldə etməyə hazır olduğumuzu və istəyimizi nümayiş etdirdik”, - deyə, Dövlət Departamentinin spikeri bildirib.

"Biz bunu Moskva ilə rəqabət aparmaq üçün etmirik. Biz bunu razılığa gəlmək və iki ölkə arasında uzun sürən münaqişəni həll etmək üçün edirik. Təəssüf ki, münaqişə martın 5-də olduğu kimi insan tələfatını davam etdirir. Bizi burada ancaq sülh və təhlükəsizlik maraqlandırır. Bu, həm də Ermənistan və Azərbaycan xalqlarının maraqlarına uyğundur”.

Kanal14.az
Jalə Əsədova