Gündəm / Siyasət / Dünya

Putin Raisi ilə telefonla infrastruktur layihələrinin həyata keçirilməsini müzakirə edib

Putin Raisi ilə telefonla infrastruktur layihələrinin həyata keçirilməsini müzakirə edib

"Kanal14.az" "news.am"a istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisi ilə telefon danışığı zamanı Rusiya-İran əlaqələrinin inkişafı və birgə infrastruktur layihələrinin həyata keçirilməsini müzakirə edib,

Bu barədə bu gün Kremlin mətbuat xidməti bildirib.

"Hər iki tərəf Rusiya-İran münasibətlərinin inkişaf səviyyəsini və dinamikasını müsbət qiymətləndirib. Müxtəlif sahələrdə, o cümlədən birgə infrastruktur layihələrinin həyata keçirilməsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.

Mətbuat xidməti əlavə edib ki, liderlər gələcək əlaqələri davam etdirmək barədə razılığa gəliblər.

Kanal14.az
Anarə Muhəmməd