Gündəm / Siyasət / Dünya

Putin və Ərdoğana bu layihələri müzakirə edəcək

Putin və Ərdoğana bu layihələri müzakirə edəcək

Rusiya prezidenti Vladimir Putin avqustun 5-də türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla enerji sahəsində birgə strateji layihələri müzakirə edəcək.

"Kanal14.az"ın məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti bildirib.

"İyulun 19-da prezidentlərin Tehranda ikitərəfli görüşü zamanı əldə olunan razılaşmalara uyğun olaraq Rusiya-Türkiyə çoxplanlı əməkdaşlığının, o cümlədən ticari-iqtisadi əlaqələrin gələcək inkişafı və enerji sahəsində birgə strateji layihələrin müzakirəsi planlaşdırılır", - məlumatda deyilir.

Qeyd edək ki, avqustun 5-də R.T.Ərdoğan Rusiyaya birgünlük səfər edəcək. Həmin gün Soçi şəhərində prezidentlərin görüşü keçiriləcək.