Gündəm / Siyasət / Dünya

Çin Rusiyanın Ukraynadakı müharibəsi ilə bağlı 12 bəndlik “sülh planı”nı təqdim edib

Çin Rusiyanın Ukraynadakı müharibəsi ilə bağlı 12 bəndlik

"Kanal14.az" Ukrayna mediası "Pravda.com.ua"ya istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi Rusiyanın Ukraynaya qarşı müharibəsinin həlli ilə bağlı öz ideyalarını özündə əks etdirən "sülh planı” adlanan planı dərc edib.

Mənbə: Çin Xarici İşlər Nazirliyi

Təfərrüatlar : Rusiyanın Ukraynaya təcavüzünün ildönümündə Çin "Ukrayna böhranının siyasi nizamlanmasına dair Çinin mövqeyini" dərc edərək qondarma "sülh planı"nı təklif etdi.

Dərc edilmiş sənəd 12 bənddən ibarətdir:

1. Bütün ölkələrin suverenliyinə hörmət
2. "Soyuq müharibə zehniyyətindən” imtina
3. Hərbi əməliyyatların dayandırılması
4. Sülh danışıqlarının bərpası
5. Humanitar böhranın həlli
6. Mülki əhalinin və hərbi əsirlərin müdafiəsi
7. Atom elektrik stansiyalarının təhlükəsizliyinin təmin edilməsi
8. Strateji risklərin azaldılması
9. Taxıl ixracının təşviqi
10. "Birtərəfli sanksiyalar”ın ləğvi
11. Sənaye zəncirlərinin və tədarük zəncirlərinin sabitliyinin qorunması
12. Müharibədən sonrakı yenidənqurmanın təşviqi.

"Birbaşa dialoqun mümkün qədər tez bərpası, vəziyyətin gərginliyinin tədricən azaldılması və hərbi əməliyyatların tamamilə dayandırılması lehinə Moskva və Kiyevin əks addımlarını dəstəkləmək vacibdir" - deyə, sənəddə xüsusilə qeyd olunur.

Bundan əlavə, Çinin fikrincə, "birtərəfli sanksiyalar (BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənmir – red.) və maksimum təzyiq problemi həll edə bilməz, onlar yalnız yeni problemlər yaradır”.

Çin Xalq Respublikasının sənədində də "nüvə silahından istifadənin” qəbuledilməz olduğu bildirilir.

Kanal14.az
Asiman Əsədsoy