Gündəm / Hadisə / Dünya

İranda zəlzələ baş verdi

İranda zəlzələ baş verdi

"Kanal14.az”   "sozcu.com.tr" saytına istinadən xəbər verir ki, İranın cənub-qərbindəki Fars əyalətində 5,2 bal gücündə zəlzələ baş verib.

İranın Milli Seysmoloji Mərkəzinin məlumatına görə, episentri Fars əyalətinin Dorz kəndində olan 5,2 bal gücündə zəlzələ yerli vaxtla saat 09:35-də qeydə alınıb. Zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyi bildirilib.

Zəlzələdən sonra insan və ya mal itkisinin olub-olmaması ilə bağlı hələlik heç bir açıqlama verilməyib

Kanal14.az
Aynur Qasımova