Gündəm / Hadisə / Dünya

Diyarbəkirdə səhər saatlarında qorxulu zəlzələ baş verdi

Diyarbəkirdə səhər saatlarında qorxulu zəlzələ baş verdi

AFAD məlumatlarına görə, Diyarbəkirin Dəclə mərkəzində 4 bal gücündə zəlzələ baş verib.

Saat 06.04-də baş verən zəlzələnin dərinliyi 7 kilometr olub.

"Kanal14.az" "haberglobal"a istinadən bildirir ki, digər tərəfdən, bazar ertəsi, fevralın 6-da Kahramanmaraşda baş verən iki böyük zəlzələdən sonra bölgədə 7000-dən çox artçı zəlzələ baş verib. 10 əyalətdə 4, 5 və 6 bal gücündə təkanlar davam edir.

Kanal14.az
Jalə Əsədova