Gündəm / Hadisə / Dünya

Hatayda nələr baş verir

Hatayda nələr baş verir

"Kanal14.az” Türkiyənin " HÜRRİYƏT” qəzetinə istinadən xəbər verir ki, Səhiyyə naziri Fəxrəddin Qocanın Twitter hesabından paylaşdığı məlumatda, Hatayda baş vermiş 6,4 və 5,8 bal gücündə iki zəlzələdə 18-i ağır olmaqla, ümumilikdə 294 vətəndaşın xəsarət aldığı bildirilir.

Koca paylaşımında "Hatayda bu gecə yaşadığımız iki zəlzələdə 294 yaralı var. Təəssüf ki, onlardan 18-nin vəziyyəti ağırdır. İlk tibbi müdaxilədən sonra hava və quru yolu ilə Adana və Dörtyola köçürülüblər. Bütün rayonlarımızdakı Sahə Xəstəxanaları xəstələrimizə lazımi xidməti göstərməkdə davam edir. Bu üçüncü zəlzələdə 6 Fevral zəlzələlərindən sonra xidmətlərini davam etdirən bəzi səhiyyə ocaqlarımızda hal-hazırda təfərrüatlı şəkildə araşdırılması mümkün olmayan çatlar müşahidə edilmiş və xəstələrimiz ehtiyat tədbiri olaraq, təxliyyə edilmişdir.

Səhiyyə naziri Fahrettin Koca, sosial media hesabından verdiyi açıqlamada, Hatay və rayonlarında 95 xəstənin ehtiyat tədbiri olaraq başqa xəstəxanalara köçürüldüyünü ifadə edərək, "Hatay Tibb Fakültəsi ilə İskenderun və Reyhanlı Dövlət Xəstəxanalarına yerləşdirilən cəmi 95 xəstə köçürüldü. İki yeni zəlzələdən sonra tədbir olaraq, Adana və Dörtyol xəstəxanaları - Hatayda Sahə Xəstəxanalarımız növbətçidir. Adana və Dörtyolda doluluq nisbətlərimiz olduqca aşağıdır".

Kanal14.az
Kamal Əsgərov