Gündəm / İqtisadiyyat / Foto

"Tender vərdişkarları" dövlət büdcəsini hara xərcləyir? - FOTO


"DogruXeber.az" Dövlət Satınalma Portalına (tender.gov.az) xəbər verir ki, Mingəçevir Tibb Kolleci bu gün daha bir "müəmmalı" tender müqaviləsi imzalayıb.

Belə ki, "Tiim" MMC (VÖEN: 1002155421) ilə bağlanan müqavilədə işin adı "mühafizə xidməti", müsabiqənin adı isə "Katirovka"dır.

Elə müsabiqənin adından bilinir ki, sanki, bölmə boş qalmaması üçün "ağıla nə gəldi o yazılıb".
34950.47 (otuz dörd min doqquz yüz əlli, qırx yeddi) AZN məbləğdən söhbət gedən bu müqavilənin ətraflı məlumat bölməsinda heç bir ətraflı məlumat verilməyib.


Qeyd edək ki, Mingəçevir Tibb Kolleci tez-tez bu kimi müqavilələr imzalayır, onların əksəriyyəti (hətta demək olar hamısı) qara şübhələr yaradan qara nida ilə təqdim olunur.

Amma, nə hikmətsə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yayımlanmasına və bir müddət əvvəl rəsmi sorğular göndərməyimizə rəğmən hələ də buna "göz yumur".

Yeri gəlmişkən, satınalma portalında dərc edilən məlumatsız tender müqavilələrindən birini - daha doğrusu ikisini də Mingəçevir Tibb Kolleci kimi son zamanlar "Tenderə vərdiş edən" Saatlı rayon İcra Hakimiyyəti yerləşdirib.

Belə ki, 17.02.2023-cü il tarixində Saatlı rayon İcra Hakimiyyəti ilə fiziki şəxs İbişov Qafar Bağır oğlu (VÖEN: 6701217752) arasında bağlanan "elektrik qızdırıcıların satın alınması" müqaviləsi (məbləğ - 950 (doqquz yüz əlli) AZN) və "Yurd Pharma" MMC (VÖEN: 1403314451) ilə bağlanan "Tibbi ləvazimatların alınması" (məbləğ - 16167.42 (on altı min yüz altmış yeddi, qırx iki) AZN) müqavilələri ilə bağlı ətraflı məlumat bölmələri yenə də boş saxlanılıb.


Qeyd edək ki, Saatlı rayon İcra Hakimiyyəti 16.02.2023-cü il tarixində də eyni qaydada (məlumatsız) iki tender müqaviləsi imzalayıb.

Daha iki MÜƏMMALI TENDER

DogruXeber.az
Jalə Əsədova