Gündəm / Siyasət / Dünya

ABŞ Konqresmeni Adam Smit deyir ki...

ABŞ Konqresmeni Adam Smit deyir ki...

"Kanal14.az” " TASS” İnformasiya Agentliyinə ( 18.02.23 ) istinadən xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin üzvü Adam Smit hesab edir ki, müəyyən mərhələdə Ukrayna münaqişəsinə son qoymaq üçün danışıqlara başlamaq lazım gələcək.

O, Ukraynanın Krımı güc yolu ilə geri almağa cəhd etməyəcəyinə dair konsensusun olduğunu bildirib. Onun sözlərini cümə günü "Politico” qəzeti sitat gətirir. Adam Smit demişdir:
- "Əsl sual Ukrayna üçün təhlükəsizlik zəmanəti ala biləcəyimizdən ibarətdir. Biz ona nail olmalıyıq ki, Rusiya nəfəs aldıqdan və bir neçə il keçdikdən sonra hərbi əməliyyatları bərpa etməsin."


Kanal14.az
Aytəkin Talıbqızı