Gündəm / Siyasət / Dünya

Rusiyanın Rumıniyadakı səfirliyi şübhəli zərf alıb

Rusiyanın Rumıniyadakı səfirliyi şübhəli zərf alıb

Rumıniya İnformasiya Xidməti Rusiyanın Buxarestdəki səfirliyinə daxil olan şübhəli zərfin yoxlama üçün götürüldüyünü bildirib.

Kəşfiyyat xidmətinin məlumatına görə, cümə günü günorta Rumıniya informasiya xidmətinin pirotexniki qrupları şübhəli zərflə bağlı standart proseduru həyata keçirmək üçün Rusiya səfirliyinə gediblər. İlkin məlumatlara görə, ilkin yoxlamadan sonra zərf götürülərək təhlükəsiz şəkildə ekspertizaya göndərilib.

"Mk.ru" qeyd edir ki, müvafiq prosedurlar çərçivəsində təhlükəli ola biləcək mümkün maddələrlə bağlı bütün şübhələri aradan qaldırmaq üçün zərf ixtisaslaşmış laboratoriyalarda yoxlanılacaq. İdarədən əlavə edilib ki, Rumıniya informasiya xidməti Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə işləyir.

Kanal14.az
Aytəkin Talıbqızı