Gündəm / Dünya

Rus əsirlər Ukraynada işlədilir

Rus əsirlər Ukraynada işlədilir

Ukraynada Rusiya ordusuna mənsub olan hərbi əsirlərin saxlandığı düşərgəyə gedən BBC əməldaşın ordan maraqlı görüntülər paylaşıb.

Həmçinin həmin əməkdaş onların əsir düşərgəsinə getdiyi zaman Rusiya orsusunun hava hücumunu davam etdirdiyini bildirir.

BBC-nin dediyinə görə əsir götürülən yüzlərlə ordu mənsubu və muzdlu əsirlərin saxlandığı 50 düşərgədən biridir.

Bu əsirlər Ukrayna-Rusiya arasınd aəsir dəyişdirilməsində istifadə edilir. Ukrayna tərəfinin bildirdiyinə görə bu ay Ukrayna tərəfi məhbus mübadiləsi ilə 1762 kişi və qadın əsirlildən qurtarılıb.

Cenevrə Konvensiyalarına əsasən, hərbi əsirlərin nümayişi keçirilməməli və ictimaiyyətə açıqlanmamalıdır.

Media əməkdaşına əsirlərə yaxınlaşmaq icazəsi verilsə də mühafizəçilər yanlarındam ayrılmayıblar, ya da əsirlərdən bəziləri üzlərini mediada görünməsini istəmədiyi üçün üzünü gizlədib.

Dekabrın 29-da Luqansk vilayətində əsir düşdüyünü deyən bir əsir: "Ümid edirəm ki, məni dəyişdirəcəklər və yenidən orduya getməyə məcbur olmayacağam" deyə bildirib.

Əsirlər yarıya qədərimüxtəlif bədən xəsarətləri alıb.

Əsirlərdən bəziləri müəyyən əmək fəaliyyəti ilə də məşğul ola bilirlər. Bu əsasən xəsarət almayan dustaqlardır.

Dustaqlara ayda bir dəfə yaxınları ilə danışmaq imkanı da verilir. Yemək və saxlanma şəraiti də görüntülərdə göründüyünə əsasən yetərlidir.

Kanal14.az
Asiman Əsədsoy