Ordumuza əsir düşən erməni diversantların ŞƏKİLLƏRİ YAYILDI
Mayın 27-də saat 03.00 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 hərbi qulluqçusu mühasirəyə alınaraq zərərsizləşdirilib və onlar əsir götürülüb.
Kanal14.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.
Teleqram kanallarında Azərbaycan Ordusuna əsir düşən ehrməni hərbçilərin zərərsizləşdirilmiş vəziyyətdə şəkilləri yayılıb.
Modern.az saytı düşmənin kəşfiyyat-diversiya qrupunun əsir düşən hərbçilərinin şəkillərini təqdim edir.