Gündəm / Siyasət

Terrorçuya “əsir” donu geyindirən Avropa: - “İtkin düşən 4 min azərbaycanlını da xatırlasınlar”

Terrorçuya
Kanal14.az: - 44 günlük Vətən müharibəsindən sonra Ermənistan rəsmi olaraq kaputilyasiya aktına- 10 noyabr bəyanatına imza atdı.

Bu bəyanat hərbi əməliyyatların dayandırılmasını və erməmi silahlılarının Qarabağdan tamamilə çıxarılmasını nəzərdə tutur.

Amma buna baxmayaraq, hərbi əməliyyatlar dayandırıldıqdan sonra erməni terrorçuları dəfələrlə Azərbaycana qarşı təxribatlara cəhd ediblər.

Azərbaycan xüsusi xidmət orqanları təxribatlara cəhd edən erməni terrorçularının qaşrısını alıb. Bu hadisələrdən sonra Ermənistan tərəfi Azərbaycanda saxlanılan terrorçuları "hərbi əsir” kimi təqdim etməyə cəhd edir. Bununla da terrorçu fəaliyyətlərinə görə Azərbaycanda saxlanılan ermənilərin geri qaytarılmasına çalışır.

Bəzi Avropa ölkələri də Ermənistanın bu təşəbbüsünə dəstək verir. Belə ki, Avropa Parlamentinin 121 üzvü Aİ sədrinə müraciət edərək Azərbaycandan "erməni əsir"lərin qaytarılmasını tələb etməyə çağırıb. Təbii ki, 121 parlamentarinin bu çağırışının ölkəmiz üçün heç bir əhəmiyyəti yoxdur. Avropanın Qarabağ məsələsinə münasibətini 30 illik işğal tarixində hər kəs görüb. İkili standartlar, Azərbaycana qarşı qərəz BMT-nin qəbul etdiyi 4 qətnamənin icrasını mümkünsüz edib, ATƏT-in Minsk Qrupu konkret olaraq bu illər ərzində fəaliyyətiz qalıb. Bu gün isə Azərbaycan öz səyi ilə mövcud reallığı dəyişib.

44 günlük müharibənin nəticələri təkcə Qarabağ məsələsində deyil, ümumi olaraq bölgədəki proseslərdə Azərbaycanı diktə edən tərəfə çevirib. Bu baxımdan Avropa Parlamentinin 121 üzvünün müraciəti Azərbaycan üçün heç bir önəm kəsb etmir.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Cebhe.info-ya açıqlamasında deyib ki, Avropa Parlamentinin 121 üzvünün müraciətinin arxasında duran məqam ilk növbədə Azərbaycana qarşı "səlib yürüşü” təfəkkürüdür:

"Burada söhbət Avropa Parlamentindən yox, parlamentin üzvlərindən gedir. Bu müraciəti dəstəkləyənlər Türkəfob, islamafob və erməni lobissi ilə sıx təmasda olan şəxslərdir. Onların motivlərinin arxasında məhz bu amillər dayanır. Yaxşı olardı ki, onlar I Qarabağ müharibəsində 4 minə yaxın itkin düşmüş azərbaycanlını xatırlasınlar. O zaman bəlkə də onların bugünkü cəhdlərinə, səmimiliyinə inanmaq olardı”.