Gündəm / Siyasət / Dünya

Koordinasiya Mərkəzi yaradılıb

Koordinasiya Mərkəzi yaradılıb

Türkiyədə baş verən zəlzələdə ən çox zərər çəkən və dağıntılara məruz qalan yerlərdən biri də Adıyaman şəhəridir. Bu günlərdə Adıyaman şəhərində Azərbaycan Koordinasiya Mərkəzi yaradılmışdır.

Bu barədə "Kanal14.az” " Report”un Adıyamana ezam olunmuş müxbirinə istinadən xəbər verir. "Türkiyə Azərbaycan iş Adamları və Sənayeçiləri” Birliyinin sədri Hüseyn Böyükfirat məlumat verərək demişdir: " Azərbaycanda olan iş adamlarının, qeyri- hökumət təşkilatlarının dəstəyi və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçının nəzarəti ilə Türkiyəyə göndərilən yardımlar bu mərkəzdən idarə olunacaq. "Qardaş köməyi və Türkiyə 100 ili " adlı platformalarda iştirak edən iş adamlarının dəstəyi ilə biz Azərbaycandan gələn TİR- ləri lazımi yerlərə bu Mərkəzdən yönləndirəcəyik”.

Kanal14.az
Aytəkin Talıbqızı