Gündəm / Siyasət / Cəmiyyət

Xalqımızın maraqlarına üstünlük verək

Xalqımızın maraqlarına üstünlük verək

Düzdür, Ərdoğan elə də böyük milli vətənpərvər, karrupsiyadan tam uzaq adam deyil. Ancaq, ona qarşı bu qədər yersiz hücumları da anlamaq olmur. Ərdoğan Avropa qapısında yatan Türkiyəni özəlləşdirib, qüdrətli bir dövlətə öz sözü, öz mövqeyi olan bir ölkəyə çevirdi. Bölgədə ən qüdrətli dövlət etdi. İmperialist dövlətlərin Türkiyədə eləcə də yaxın şərqdə olan maraqlarına sədd çəkdi.

Azərbaycanımız üçün etdiyini də yəqin kimsə unutmayıb. Azərbaycandakı karrupsioner, antidemokratik hakimiyyətlədə, eləcə də dünyanı belə işğal etmək istəyən Rusiya və onun manyak lideri V.Putinlə də ölkəsinin və dünyanın maraqları naminə mülayim siyasət yürütməyə məcburdur. Bütün bunlar Ərdoğanı aşağılamağa, haqqında təhqiramiz fikirlər söyləməyə əsas vermir.

Diqqət edəndə isə görürsən ki, Ərdoğanı söyənlər, təhqir edənlər, bəyənməyələr əsasən din pərdəsi altda İrana satılmışlar, yaxud anlamadan İranın təsirinə düşənlər, nəsilliklə tarixən Rusiyaya yaltaqlıq, əlaltılıq edib, çörəyini buradan çıxaranlar, ələlxüsus da Avropaya (Qərbə) bel bağlayanlar, Qərbin maraqlarının öz ölkəsinin maraqlarından öndə tutanlardırlar.

Ərdoğanı bütövlükdə Azərbaycan xalqı sevir və ona xilaskar kimi baxır. Gəlin, xalqımızın maraqlarına, düşüncəsinə və uzaqgörənliyinə önəm verək, dostlar.
Qaldı Ərdoğanın dağılan evləri "bir ildə tikiləcəyi" fikrinə əlbəttə bunu xalqını ümidli etmək, sakitləşdirmək məqsədi ilə deyib. Əlbəttə bir ildə tikilən evlər yenə də keyfiyyətsiz ola bilər. Tikilini tezləşdirməkdən çox onun keyfiyyətinin yaxşılaşdırılması, mərtəbələrinin azaldılması, depremə dözümlü olmasına diqqət yetirmək vacibdir.
Tənqid təhqir xarakterli olmamalıdır, yanlışı göstərib, düz olanı göstərməkdir

Kanal14.az
Rövşən Öntürk