Gündəm / Siyasət / Cəmiyyət / Dünya

Amerika - Türkiyə bayraqlarının birgə dalğalanması həmrəylik mesajının ən gözəl nümunəsidir

Amerika - Türkiyə bayraqlarının birgə dalğalanması həmrəylik mesajının ən gözəl nümunəsidir

Türkiyənin Vaşinqtondakı səfirliyində 3 gün əvvəl başlamış yardım kompaniyasına Amerikalılarla yanaşı digər millətlərin nümayəndələri də yaxından iştirak edirlər. Zəlzələdən zərər çəkənlər üçün səfirliyə gətirilən qış geyimləri, ərzaq və digər yardımlar qablaşdırılıb daha sonra maşınlarla Türk Hava Yollarının Limanına daşınıb.

Səfirlikdən Türkiyənin " Sözçü” qəzetinə verilən məlumatda toplanan yardımlar 100 tonu ötdüyü bildirilir... Yardım kompaniyasında digər ölkələrin Vaşinqtondakı nümayəndəliklıləri də iştirak edir.

Virciniya Müsəlmanlar Dərnəyinin nümayəndəsi Əzizə Ebrahim deyib: " İsti geyimlərə ehtiyac olhuğunu anlayırıq. Ona görə həm Suriyaya, həm də Türkiyəyə göndərmək üçün qalın paltarlar gətirmişik.”

Kömək etmək üçün səfirliyə gələn Əfqanıstanlı Hasib Əhməd ürək sözlərini belə ifadə etdi: " Əfqanlarla Türklər qardaş xalqlardır. Biz birik və birlikdə bu çətin işin öhdəsindən gələcəyik”.

ABŞ- Azərbaycan Ticarət Palatasının binasına vurulmuş Amerika- Türkiyə bayraqlarının birgə dalğalanması həmrəylik mesajının ən gözəl nümunəsidir.
Yardım kompaniyası davam edir.

Kanal14.az
N.Məmərli