Siyasət

“Türkiyənin prosesdə yaxından iştirakı gözlənilir” - Prezidentin köməkçisi

“Türkiyənin prosesdə yaxından iştirakı gözlənilir” - Prezidentin köməkçisi
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

"Türkiyə ATƏT-in Minsk Qrupunun üzvüdür. Türkiyə eyni zamanda regionun qonşu ölkəsidir".

Kanal14.az bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Minsk Qrupu və digər formatlar çərçivəsində Türkiyənin bu prosesdə yaxından iştirakı gözlənilir:

"Cənubi Qafqazda baş verən proseslər qardaş Türkiyəni də narahat edir, səylərini davam etdirir. İstər Minsk Qrupu formatı, istərsə də digər formatlarda qardaş Türkiyənin region dövləti kimi yaxından iştirakı gözlənilir”.