Gündəm / Siyasət / Dünya

Bayden günahlandırıldı

Bayden günahlandırıldı

ABŞ prezidenti Co Bayden Çinə aid hava şarının niyə bu qədər ABŞ üzərində uçmasına imkan verildiyi sualına cavabında o şarın düşünüldüyü qədər də təhlükəli olmadığı cavabını verib.

Şar ABŞ-ı keçdikdən sonra Atlantik okeanı üzərində vurulub.

Konqresin bəzi üzvləri də prezidenti bu məsələdə səriştəsiz davranmaqda ittiham ediblər.

Bayden bu halın təhlükə olmadığını, sadəcə olaraq hava məkanının pozulma hadisəsi kimi beynəlxalq hüquqların pozulması hadisəsi olduğunu deyib.

Eləcə də Hərbi Hava Qüvvələrinin doğru qərar verdiyini və həmin şarı Atlantik okeanı üzərində vurduqlarını deyib.

Kanal14.az
Ulduz Talıblı