Gündəm / Dünya

İkinci şar bizimdir - Çin

İkinci şar bizimdir - Çin

"Kanal14.az" xəbər verir ki, Latın Amerikası üzərində uçan hava şarının Çinə aid olduğuni Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirib.

Ancaq, o sözlərində bu şarın marşrutdan çıxmış mülki şar olduğunu deyib.

Çin tərəfi mümkün qədər etdiyi kəşfiyyatı örtməyə çalışsa da ABŞ hərbi hava qüvvələri tərəfindən vurulan .ardan sonra Çinə qarşı təzyiq artıb. Ancaq Çin tərəfi ABŞ göylərindəki şarla bağlı rədd bildirsə də, Latın Amerikası göylərindəki şara yiyə çıxdı.

İstənilən halda Çin tərəfi şarın hava nəzarəti təyinatlı - meteoroloji məqsədlə havaya qaldırıldığını iddia etsə də, ABŞ tərəfinin də bu işlərdə təcrübəli olduğunu və vurduğu şarı araşdırdığını nəzərə alsaq, Çin tərəfi yalan danışaraq məsələni tarixi keçmişdə uzaqlaşdırmaq istəyir.

Kanal14.az
Asiman Əsədsoy