Gündəm / Dünya

ABŞ-Çin arasında şar davası

ABŞ-Çin arasında şar davası

Çindən havalanmış hava havaşarı Amerikanın üzərində uçur. Şar yaşayış məntəqələri üzərində uçduğu üçün hava qüvvələri tərəfindən vurulması mümkün olmayıb. Sonuncu dəfə Missuri ştatının səmalarında qeydə alınan şar hazırda iki ölkə arasında mübahisğ səbəni olmaqda davam edir. Hətta o həddə davam edir ki, dövlət katibi Entoni Blinken Çinə planlaşdırılmış səfərini təxirə salıb.

"Kanal14.az" bildirir ki, belə hava şarının Amerika səmalarında uçması Latın Amerikasında da baş vermişdi.

ABŞ hökuməti bu uçuşun kəşfiyyat xarakterli olduğunu əsas göstərərək Çin tərəfinə xəbərdarlıq edib. Çin isə öz növbəsində hadisələri bu qədər şişirtməyə ehtiyac olmadığını bildirib. Həmin şarların isə sadəcə nəzarətdən çıxmış gəzinti şarı olduğunu deyib.
Qeyd edək ki, şarlarda kimsə olmayıb. Hazırda iki ölkə arasında münasibətlər soyuyub.

Kanal14.az
Asiman Əsədsoy