Gündəm / Hadisə / Dünya

Bu şar hərbidir: ABŞ-Çin qarşıdurması

Bu şar hərbidir: ABŞ-Çin qarşıdurması

Çinə aid hava şarının ABŞ göylərində vurulmasımın ardından Çinlə ABŞ arasında münasibətlər daha da soyumaqdadır. Pentaqon rəsmiləri həmin şarın kəşfiyyat məqsədilə göndərildiyini iddia edirlər. Üstəlik ABŞ tərəfi bu hadisə ilə bağlı müttəfiqi olan ölkələri məlumatlandırıb.

"Kanal14.az" bildirir ki, keçən həftə Pentaqon Kosta-Rika və Venesuela göylərində də Çinə aid ikinci hava şarının aşkarlandığını bildirib.

Ağ Ev rəsmisi Vendi Şerman keçirdiyi brifinqdə 2019-cu ildə Havay və Florida üzərindən uçmaqla dünyanı dövrə vuran hava şarının da olduğunu bildirib.

Görünən o ki, Çin belə kəşfiyyatı dövri olaraq gerçəkləşdirir və kəşfiyyat məqsədini həyasızcasına ört-basdır edəcəyini düşünür.

Kanal14.az
Kamal Əsgərov