Gündəm / Siyasət / Sosial

“Azərbaycan “İsgəndər”i 80-ci illərə aid ən ucuz raketlərlə vurub” - Erməni generaldan etiraf


Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya istehsalı olan və "tərifi dillərdən düşməyən” "İsgəndər” raketi ilə bağlı verdiyi açıqlama ilə bağlı yeni detallar üzə çıxıb. JAMAZ.İNFO xəbər verir ki, artıq Rusiya tərəfi də etiraf etməyə başlayıb ki, sözügedən raket kompleksləri hər nə qədər tərifə layiq olsa da, Azərbaycan Hərbi Hava Qüvvələri onu asanlıqla məhv etməyə nail olub.

Rusiyada yayımlanan və əsasən hərbi xəbərlər üzrə ixtisaslaşmış Avia.Pro saytı bununla bağlı maraqlı məlumat yayıb. Qeyd edək ki, sözügedən sayt Rusiya Müdafiə Nazirliyinə yaxındır və daha çox onların maraqlarını qoruyur. Sayt yazır ki, Qarabağ savaşında Ermənistanın istifadə etdiyi "İsgəndər” raketləri Azərbaycan Hərbi Hava Qüvvələrinin istifadəsində olan 80-ci illərin istehsalı sayılan ən ucuz raketlə məhv edilib. "Ermənistan tərəfi etiraf edir ki, onlar Qarabağ müharibəsinin sonların yaxın "İsgəndər” raketindən istifadə ediblər. Həmin raketin "Barak-8” Zenit-Raket Kompleksi tərəfindən məhv edilidiyi güman edilsə də, sonradan məlum olub ki, məlumat yanlışdır. Bəlli olub ki, "İsgəndər”in hədəfə çatmasına mane olan Azərbaycan Hərbi Hava Qüvvələrinin istifadəsində olan ən aşağı səviyyəli və 80-ci illərin istehsalı olan raketlə məhv edilib”.

JAMAZ.İNFO Avia.Pro saytına istinadən xəbər verir ki, Ermənistan Azərbaycana qarşı "İsgəndər” raketlərini İrəvan şəhərinə yaxın ərazilərdən müharibənin qurtarmasına bir-iki gün qalmış atəşləyib. "Belə atəşlərin sayı bir-neçə olub. Onlardan biri Azərbaycan Ordusunun ən ucuz raket kompleksi tərəfindən sıradan çıxarılıb. Digərləri isə İsrail istehsalı olan və elə də bahalı komplek sayılmayan "Barak-8” raketləri tərəfindən vurulub.

Qeyd edək ki, erməni general-polkovnik Movses Akopyan etiraf edib ki, bu hadisələrdən sonra onlar "İsgəndər” raketlərindən istifadəni dayandırıblar. O bildirib ki, Azərbaycan tərəfi Ermənistanın "İsgəndər” raketindən istifadə etməsindən təəccüblənib. "Lakin qorxuları qısa müddət sonra yox olub. Çünki "İsgəndər”i asanlıqla məhv etməyi bacarıblar”.

Bu əsnada, Rusiya Müdafiə Nazirliyi Qarabağ müharibəsində sözgedən raketdən istifadə edilmədiyini iddia edib. Lakin Avia.Pro yazır ki, bu deyilənlərə rəğmən, adıçəkilən qurum narahat olmağa başlayıb. Narahatlığa səbəb isə "İsgəndər”lərin İsrail istehsalı olan "Barak-8” sistemləri sayəsində sıradan çıxarıla bilməsidir. "Mütəxəssislər hesab edirlər ki, "Barak-8” "İsgəndər” raketini sıradan çıxarma gücündə olması Rusiya üçün əlavə başağrılara səbəb olacaq. Ona görə də, sözügedən raketlərin yenidən modifikasiyası, yenilənməsi üçün hazırlıqlara başlanılıb. Rusiyanın ən yaxşı silahının bu qədər asanlıqla sıradan çıxarılması onun silah bazarındakı mövqelərinin də itirilməsinə səbəb ola bilər”.