Gündəm / Cəmiyyət

1 dilim xiyarın faydaları

1 dilim xiyarın faydaları

1 dilim xiyarın min dərdə dəvası.

Xiyarın tərkibində B1, B2, B3, B5, B6 vitamini, fol turşusu, vitamin C, kalsium, kalsium, maqnezium, fosfor ilə zəngindir.

Ağzınızdan pis qoxu gəlirsə, bir dilim xiyarı ağzınıza qoyub, çeynəmədən təqribən 30 saniyə saxlayın. Bu zaman xiyarın tərkibindəki fitomaddəl ağzınızda pis qoxular yaradan bakteriyaları yox edəcək və nəfəsiniz təravətlənəcək.

Yatmazdan əvvəl bir neçə dilim xiyar yeyən adam səhər yuxudan baş ağrısı olmadan, gümrah oyanar.

Xiyarın tərkibində şəkər və bir çox vitaminlər olduğundan, o bədənin itirmiş olduğu lazımlı qidaları bərpa edir.

Özünüzü yorğun hiss etdiyiniz zaman bir kasa qaynar suyun içərisinə bir neçə doğranmış xiyar dilimləri atın.
Qaynar su buxarlandıqca, xiyarın ətri otağa yayılacaq və bu da sizə fərahlıq gətirəcək, gərginliyinizi aradan qaldıracaq.

Kanal14.az
Jalə Əsədova