Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlanıb.

Bu barədə "Kanal14.az"a Dövlət statistika Komitəsindən məlumat verilib.

Belə ki, cari ilin sentyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma unun, düyünün, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, təzə balığın, qatılaşdırılmış şəkərli südün, kəsmiyin, xamanın, pendirin, yumurtanın, qarğıdalı yağının, süfrə marqarininin, bananın, limonun, xiyarın, pomidorun, kələmin, bibərin, badımcanın, göy lobyanın, kartofun, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, çayın, kola içkisinin, pivənin, ucuzlaşma isə əsasən almanın, armudun, üzümün, balqabağın, soğanın qiymətlərində müşahidə olunmuşdur.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.