Gündəm / Cəmiyyət / Mədəniyyət

Fuad Ətşan: Satira

Fuad Ətşan: Satira

Gələrək təngi-nəfəs əhsana, cumdun masaya,
Yırtıcı quş kimi qondun lavaşa, kolbasaya,
Küftəni görcək uzaqdan elə girdin kasaya,
Elə bil görməmisən, Xankişi, heç bozbaş zad,
Girmisən küftəyə, yaddan çıxıb ee qardaş zad,

Küftənin eşqi həyatdan salıb artıq üzünü,
Doyurur gündə bir ehsanda bu yolnan özünü,
Özgənin kasasından da vəli çəkmir gözünü?
Elə bil gözləyir hardansa çıxa daş-qaş zad,
Girmisən küftəyə, yaddan çıxıb ee qardaş zad,

Elə soxdun ki, dünən ağzına üç val çörəyi,
Dedim Allah dağılar Xankişinin xirdənəyi,
Bu ədəb ilə ki, sən nuş eləyirsən yeməyi,
Pamidor turşu xiyarnan boyanıb göz-qaş zad,
Girmisən küftəyə, yaddan çıxıb ee qardaş zad,

Bu kişi bilsə əyər hardasa vardır ehsan,
O yerə daxil olar millətə verməz imkan.
Belə ehsanı yeyən beş nəfər olsa, Ətşan,
Ölünün ruhu da Bərzəxdə qalar çaşbaş zad.

Fuad Ətşan