Gündəm

“Biz həmişə doğrunun yanında olmuşuq..”

Tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov Moderator.az-a açıqlamasında Ramazan bayramı münasibətilə Azərbaycan xalqını və bütün türk millətini təbrik edib:
 
"Bu gün bizim Azərbaycan xalqı üçün çox önəmli bir gündür. Ramazan bayramıdı, bu bizim üçün ən qiymətli bayramlardan biridi. Biz bu bayramı həm də Qarabağda keçirdik, Şuşada "Xarıbülbül” festivalı keçirildi və bu çox vacib idi. Bütün xalqımızı, bu vətəni qoruyub, saxlaya bilən insanların hamısını, dünyada yaşayan azərbaycanlıları və türk millətini Ramazan bayramı münasibətilə təbrik edirəm. Allah əmin-amanlıq etsin. Biz türk olaraq həmişə düzün, kasıbın yanında olmuşuq. Var-dövlət axtarmamışıq, həmişə kasıblara əl tutub, haqqın yanında olmuşuq. Ona görə dünyada türkdən qorxurlar.Bizim dövlət və qardaş Türkiyə daim ədalətin, haqqın yanındadı. Ona görə də Allah xalqımızı, dövlətimizi, dövlətçiliyimizi qorusun. Bu bayramda hamını ürəkdən təbrik edirəm. Hər şeyi yaddan çıxarsanız da vətəni, torpağı yaddan çıxarmayın, əziz gənclər! Hamınızı təbrik edirəm! Sizin çox böyük əməyiniz oldu. Bir dəfə Allahu-əkbər deməklə Şuşa işğaldan azad edildi. Elə bunun müharibədə çox böyük əhəmiyyəti oldu. Hamınızı öpüb, bağrıma basıram. Allah Ramazan bayramını xalqımız üçün düşərli etsin”.