Gündəm / Cəmiyyət / Sosial / Video

Sumqayıt küçələrinin yağışdan sonrakı mənzərəsi - VİDEO

Sumqayıt küçələrinin yağışdan sonrakı mənzərəsi - VİDEO

Sumqayıt şəhərinin bir çox küçələrində yolların bərbad vəziyyətdə olduğu barəsində "DogruXeber.az" informasiya portalında dəfələrlə məlumatlar və görüntülər yayımlanıb.

Əksər küçələrində xüsusilə də yağışdan sonra yaranan mənzərəni görəndə, adam mahnılardakı, şeirlərdəki Sumqayıtın yalnız bir "təxəyyül" olduğunu düşünür.

Halbuki, Sumqayıt Azərbaycanın iri sənaye şəhəridir və bu uzun illərdir, taa Sovet hakimiyyəti illərindən bəri belədir.

Lakin, təəssüflər olsun ki, mərkəzi küçələrin bəzilərində daşıb yollara axan kanalizasiya sularının yaratdığı, həmçinin yağışdan sonra yolların dərin çala-çuxurunda yaranan gölməçələr şəhərin görüntüsünə xələl gətirir.
Düşünəndə ki, xeyli sayda xarici turistlər də müvəqqəti yaşamaq, yaxud gəzmək üçün oraya üz tuturlar, o zaman adam xəcalət hissi keçirir.



Şəhər İcra Hakimiyyəti bu vaxta qədər bütün bunlar barəsində dəfələrlə yayımlanmasına yaranmış "narazı sakinlər auditoriyası"nın kifayət qədər genişlənməsinə baxmayaraq məsələyə ancaq seyirçi olaraq, kənardan baxır.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Elçin Həsənzadə