Gündəm / Siyasət / Cəmiyyət / Sosial / Video

Sumqayıtyenə də problem bataqlığında - Aidiyyatıqurumlar nədüşünür?

Sumqayıtyenə də problem bataqlığında - Aidiyyatıqurumlar nədüşünür?

Kanal14.az: - Hələ Sovet Hakimiyyəti dövründə Sumqayıt sənaye şəhəri idi. Orada fəaliyyət göstərən zavodların havaya buraxılan zəhərli tüstüsü əhalinin sağlam yaşama haqqını əlindən alırdı.

Təbii ki, o dövrdə texnologiya bu qədər inkişaf etmədiyi üçün, bu zəhərli tüstülərin, tullantıların qarşını almaq mümkün deyildi. İndi şükürlər olsun texnologiya o qədər inkişaf edib ki, artıq az qala zavodların havaya buraxılan tüstüsünü belə başqa hər hansı bir məqsədlər üçün istifadə etmək mümkündür. Qaldı ki, heç havanı zəhərləyəcək tüstüsü olan zavodlarımız da yoxdur.

Artıq, bir neçə illərdir ki, (Müstəqillik əldə etdiyimizdən bəri) Sumqayıt şəhəri, gözəl, təmiz, abad bir şəhərə çevrilib.

Amma, Sovetlər birliyi dövründə yaşamış Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov deyəsən hələ də Sumqayıt üçün çirkabı və üfunət iyini, həmçinin havaya buraxılan qapqara zəhərli tüstünü adi hal hesab edir.



Odur ki, bu görüntülərdə də gördüyünüz kimi Sumqayıt şəhər,"Kimyaçılar" qəsəbəsinin sakini deyir ki, "dəfələrlə aidiyyəti qurumlara demişəm, elə gəlib düzəldərik deyirlər, amma heç nə də eləmirlər".

İzləyicilərimizin xatirində qalmış olar, az müddət öncə də əhalinin yaşadığı ərazidə, Elə Sumqayıt şəhərində "Venesiya"nı xatırladan görüntüləri, yeni suyun içinə yaşamaq məcburiyyətində olan, dəfələrlə İcra hakimiyyətinə müraciət etsələr də, sözləri yerə düşən sakinlərin sular içində olan evlərini də agentliyimizdə yayımlanmışdıq.

Nə yazıq ki, Sumqayıt şəhər İcra Hakimiyyəti o görüntüləri də görməzdən gəlmişdi.

İndi də "Kimyaçılar" qəsəbəsindəki çirkab sularının axıdıldığı bu yerdə olan yaşayış ərazisini də, zibillik paliqonundan qalxan, göydə olan qapqara, zəhərli tüstünü də görməzdən gəlir.

Maraqlıdır, Sumqayıt şəhərində nə yerdə, nə də göydə olan bu boyda problemləri görməyən Zakir Fərəcov hara baxır?

P.S: Sözügedən məsələ ilə əlaqədar Sumqayıt şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində Baş məsləhətçi Eyvaz Qocayev ilə telefon əlaqəsi saxlayıb, vətəndaşın şikayətini olduğu kimi diqqətinə çatdırdıq. Eyvaz müəllim məsələdən xəbərsiz olduğunu, araşdırıb redaksiyamıza məlumat verəcəyini bildirsə də söhbətimizdən bir neçə gün keçməsinə baxmayaraq, hələ də redaksiyamıza bu barədə heç bir məlumat verilməyib.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az