Gündəm / Cəmiyyət / Sosial / Foto

Sumqayıt qəbristanlığında Firuzun "Krallıq səltənəti"... - İLGİNC FAKTLAR

Sumqayıt qəbristanlığında Firuz
Kanal14.az: - Tanrı insanı bütün yaradılanlardan üstün yaratdı, ona şüur verdi. Eyni zamanda "failü muxtar" (fəaliyyətində sərbəst) yaratdı.

İnsan beyni nəyinki ildən-ilə, hətta gündən-günə daha da inkişaf edir.

Amma, aramızdakı bir çox insanların beyin inkişafı bəzən insan olaraq bizim özümüzü də təəccübləndirir.

Məsələn, camaat arasında "qəbrəstanlıq müdiri" deyilən Sumqayıt məzarlığının müdiri sözün əsl mənasında Cənab Əzrailin əlindən "çörək yeyir". Nəyinki, "çörək yemək", hətta sözün əsl mənasında Cənab Əzrailin "Allaha xidmətindən yararlanaraq" özünə biznes qurub.

Bu necə inkişaf, Allahım?!

Təsəvvür edin, "novator insan" olan Firuz müəllimin ölülər üzərində "qurduğu biznes plan" özü də tamamilə fərqli olmaqla yanaşı, həm də təəccüblü özəllikləri ilə diqqət çəkir.

Belə ki, Sumqayıt məzarlığında məzar yerlərinin "qiyməti"ni demirik, çünki, stabil deyil. "Adamına və yerinə görə dəyişir".

Həmçinin, cəsədi yumaqdan tutmuş, qəbrə qoymağa qədər (daşınması filan), üstə gəl məzarın üzərini çiçəklərlə bəzəməyə qədər xidmətə daxildir.

Ordan da "çeşidbəçeşid" məzar daşları (adi daş, mərmər və.s), molla xidməti...

Nələr var nələr...

Baxın!

Allah yaratdığı insana görün nə qədər sərbəstlik verib ki, insan artıq mələklərinin Rəbbimizə xidmətindən yararlanaraq özünə biznes qurub...

Düzdür, bu cür "sahibkarlar"a Tanrı sərbəstlik versə də, insanlar o qədər sərbəstlik vermir.

İnsan Tanrı qədər rəhmli deyil axı...

Təbii ki, Firuz müəllimin "yuxarı"da bir "dayağı" olmasa beyni nə qədər inkişaf edir etsin, biznesi inkişaf edə bilməz.

Bunu hər kəs bilir zatən.

Hə. Yeri gəlmişkən onu da qeyd edək ki, deyilənə görə "Qəbrəstanlıq müdiri" Firuz müəllim əslən Qubadlı rayonundandır.

Təsadüfə baxın ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov da əslən Laçın rayonundandır.
Bu sizə nəysə demir ki?

Doğrusu, yuxarıda qeyd etdiyimizdən əlavə bir etibarlı mənbə də redaksiyamıza Firuz müəllimin "qoruyucu mələyi və dayağı"nın məhz Zakir Fərəcovun olması barədə məlumat verib.

Nə deyirik ki!?

"Babalı yalan deyənin boynuna"...

Qeyd: "DogruXeber.az" redaksiyasında Sözügedən məsələ barəsində daha ətraflı məlumat və videogörüntülər mərhələli şəkildə diqqətinizə çatdırılacaq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır!

Sumqayıt qəbristanlığı ilə "SOCAR"ın nə kimi əlaqələri var?

Bu barədə də növbəti yayımlarımızda!

DogruXeber.az