Gündəm / Cəmiyyət / Foto

Azərbaycan və Ermənistan XİN başçıları yaxın həftələrdə daha bir görüş barədə razılığa gəliblər


 
Qarabağa müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları separatçı qüvvələrə sözün əsl mənasında himayədarlıq edirlər. Sülhməramlıların iştirakı və nəzarəti ilə Xankəndiyə yardım adı altında müxtəlif növ silahlar daşınır. Sülh danışıqlarında iştirak edən ölkə, yəni Rusiya vəziyyəti yenidən gərginləşdirməyə can atır. Görünən odur ki, Rusiya artıq öz imzasına da hörmət etmir. Azərbaycana dost deyən ölkə Qarabağda sülhməramlıların qanunsuz əməllərinə göz yumur. Kreml açıq-aşkar ikiüzlü siyasət yürdür.

Sülhməramlı kontingent, yoxsa bölgədə yeni münaqişəni alovlandıran qüvvələr ? Rusiya sülhməramlıları müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hansı missiyanı yerinə yetirməli olduqlarını tam unudublar.

Laçın dəhlizi vasitəsilə Xankəndiyə daşınan silahlar bunu bir daha təsdiq edir. Sülhməramlıların qeyri-qanuni hərəkətinə isə Rusiya hələ də göz yumur.

Laçın dəhlizində əməlli-başlı qanunsuzluq hökm sürür. "Sülhməramlı humanitar yardım" adı altında Qarabağa silahlar daşınır. Rusiya sülhməramlıları ərazidəki terrorçuları silahlandırırlar.Bu həm də Rusiyanın imza atdığı üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır. Qarabağa daşınan silahların yeni siyahısı da məlumdur.

Bu silahların hamısı Rusiyanın Gümrüdəki hərbi bazasından çıxarılıb. Bəzi silah növlərinin isə İran və Suriyadan gətirildiyi bildirilir.

Mövzu ilə bağlı danışan politoloq Məhəmməd Əsədullazdə deyir ki, Rusiya artıq Azərbaycanla imzaladığı müttəfiqlik bəyannaməsinə də məhəl qoymur. Onun sözlərinə görə, sülhməramlılar artıq ölkəmizin təhlükəsziliyi üçün ciddi təhdid yaradır.

Politoloq qeyd edib ki, Rusiya Cənubi Qafqaza təsir imkanlarını itirməmək üçün təhlükəli oyunlara əl atır. Erməni əsilli milyarder Ruben Vardanyanın Xankəndiyə göndərilməsi də bu ölkənin hansı məqsədlər üçün çalışdığını  göstərir.

Politoloq əlavə edib ki, rəsmi Moskva qanunsuz erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılmamasına da heç bir reaksiya vermir. Görünən odur ki, Rusiya bundan Azərbaycana təzyiq vasitəsi kimi istifadə etməyi düşünür. Amma Azərbaycan öz ərazilərində hansısa terrorçu qüvvələrin qalmasına imkan verməyəcək.