Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 24-də Türkiyə Respublikasına işgüzar səfərə gedib.

MN-dən "Kanal14.az"a verilən məlumata görə, səfər çərçivəsində müdafiə nazirinin ikitərəfli hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinə dair görüşləri, eləcə də qardaş ölkədə keçiriləcək "Saha Expo" sərgisində iştirakı planlaşdırılır.