Gündəm / Siyasət

Zakir Həsənov Rusiyaya gedir

Zakir Həsənov Rusiyaya gedirİyunun 5-də Rusiya Federasiyasının Anapa şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov iclasda iştirak etmək üçün iyunun 4-də Anapa şəhərinə yola düşəcək.

İclasda cari hərbi əməkdaşlıq və qarşıda duran məsələlər müzakirə olunacaq.