Gündəm / Siyasət

Zakir Həsənov Türkiyənin Baş Qərargah rəisi ilə görüşdü

Zakir Həsənov Türkiyənin Baş Qərargah rəisi ilə görüşdü

 

Kanal14.az: -  "IDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək məqsədilə İstanbul şəhərində səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerlə görüşüb.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.