Gündəm / Cəmiyyət / Sosial / Foto / Video

Astarada Qarabağ veteranı çətin durumda... - VİDEO // FOTO

Astarada Qarabağ veteranı çətin durumda... - VİDEO // FOTO

Kanal14.az: - Bir neçə gün əvvəl Astara rayon Marzəsəy kənd sakini Yusif Babazadə "DogruXeber.azinformasiya agentliyinin tərkibində fəaliyyət göstərən "Kanal14" YouTube kanalımızda yayımlanan "Kamalın zamanı" proqramı ilə canlı bağlantı yaradaraq, canlı efirdə üzləşdiyi sosial problemlərdən - daha dolğun desək, bildirir ki, hərbi xidmət zamanı, ayağına kiçik ölçülü ayaqqabı geyindiyi üçün, ayaq barmaqları qanqrena olub və barmaqları amputasiya olunub. Bu səbəbdən hərbi xidmətə yararsız olduğu üçün təxris olunub. İndi isə lilliyə görə aldığı müavinət bir neçə müddətdir dayandırılıb. Bərpası üçün hər dəfə müxtəlif bəhanələrlə uzadıldığından gileylənirdi.



Qeyd edək ki, artıq Yusif Babazadənin problemi aidiyyatı qurum tərəfindən diqqətə götürülüb həlli istiqamətində proseslər davam etdirilir. Ümid edirik, tezliklə müsbət nəticəsi olacaqdır.

Bu dəfə isə elə həmin - Astara rayon Marzəsəy kəndinin digər sakini Babayev Aslan Mütəllim oğludur.

Aslan birinci Qarabağ müharibəsi veteranıdır. Ailəlidir. Bildirir ki, "Doğrudur, müharibə veteranı kimi 80 manat müavinət alıram. Eyni zamanda işləyirəm. O qədər çox ehtiyaclarım var ki, aldığım məvacib "fil yanında qarışqa" kimi görünür.

Bir müddət əvvəl evdə ailədaxili çox ciddi problemlərim və maddi ehtiyaclarım yarandı. Buna görə də məcburiyyət qarşısında qalaraq, təcili kredit götürməli oldum. 7 müxtəlif yerlərdən kredit götürmüşdüm, indi çatdırıb ödənişləri vaxtında ödəyə bilmirəm.

Həm ailəmi dolandırmaq, həm də 7 yerə kredit ödəmək mənim üçün olduqca çətindir. Nə edəcəyimi bilmirəm.
Əl açıb, kimlərdənsə istəməyə də üzüm gəlmir. O boyda müharibə yolu - Kişilik məktəbi keçmişəm, mən. İndi hansı üzlə xalqa üz tutub, kömək istəyim. Göz görə-görə düşmən qarşısında məğrur dayanan qürurumuzu ehtiyac səbəbilə öz əlimizlə qırmağa məruz qalırıq. Bir mən yox. Ümumilikdə, çox Qarabağ qazilərinin, veteranlarının vəziyyəti belədir ".

Bəli, çox təəssüflər olsun ki, Aslan Babayev haqlıdır və buna görə də düşünürük bu cür şəxslər rayon rəhbərliyinin, ümumiyyətlə yerli icraedici orqanların diqqətində olmalı, problemləri ilə maraqlanmalı, lazımi köməkliklər göstərilməlidir.

Güman edirik, Astara rayon İcra Hakimiyyəti də Aslan Babayevin probleminə həssas yanaşacaqdır.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Astarada Qarabağ veteranı çətin durumda... - VİDEO // FOTO

Astarada Qarabağ veteranı çətin durumda... - VİDEO // FOTO

Astarada Qarabağ veteranı çətin durumda... - VİDEO // FOTO

Astarada Qarabağ veteranı çətin durumda... - VİDEO // FOTO

Astarada Qarabağ veteranı çətin durumda... - VİDEO // FOTO