Cəmiyyət / Sosial

Ağsu RİH-dən təkzib-VİDEO

Ağsu RİH -in hüquq şöbəsinin müdirinin hüquqdan anlayışı yoxdur » Regionxeberleri.com
Daxil olan müraciətləri anında araşdırıb ictimaiyyətin diqqətinə çatdırmağı layiqincə icra edən "DogruXeber.az" informasiya agentliyi  bu dəfə də öhdəsinə düşən vəzifəni müvəffəqiyyətlə icra etdi. Belə ki,bir neçə gün öncə Ağsu rayon sakini Hacıyeva Samirə Murad qızının redaksiyamıza etdiyi müraciəti nəzərə alaraq mənzilində çəkliş aparmışdıq. Çəkiliş zamanı S.Hacıyeva zəlzələdən zərər görmüş mənzilinin təmiri haqqında və rayon xəstəxanasında əlilliyinə dair sənədlərin düzgün qaydada yazılıb göndərilməməsindən və eyni zamanda fond tərəfindən verilən ərzaq yardımının içərisindən bir çox ərzaqların götürülməsi haqqında narazılığını bildirmişdir.
Vətəndaşın etdiyi müraciət "DogruXeber.az” informasiya agentliyinin tərkibində fəaliyyət göstərən ,Youtube üzərindən yayımlanan  MUM.TV kanalımızda işiqlandırılmışdır. Ötən gün redaksiyamızın e-mail adresinə Ağsu rayon İcra hakimiyyəti tərəfindən sözügedən məsələ ilə bağlı təkzib göndərilmişdir. Təkzibi oxuduq və dəyərləndirdik. Doğrusu,təkzibdə istifadə olunan bəzi fikirlər bizim üçün gülüş obyektinə çevrildi.Çünki, vətəndaş müraciəti zamanı yuxarıda qeyd etdiyimiz üç əsaslı problem barədə bizə məlumat vermişdi.Rayon rəhbərliyi isə yeganə buna aydınlıq gətirib ki, zərərçəkmiş evini təmir-bərpa üçün vaxtında müraciət etmiyib.Ərzaq yardımı haqqında  isə, ilk dəfə verilən yardımın tam problemsiz gəldiyini,  ikinci dəfə göndərilən yardımın isə, sahibkarlar tərəfindən verildiyini iddia edirlər. Amma bizim apardığımız çəkiliş zamanı qutunun üzərində  iki siyahı olması və zərərçəkmişin qutulardan birinin ağzının açıq gəlməsini iddia etməsi göndərilən təkzibdəki bu fikirlərin qaranlıq qalmasına ən böyük səbəb olur.
Digər gülünc məsələ budur ki,bizə e-mail vasitəsilə göndərdikləri çəkilişdə kadrlar özlərinə sərf etdiyi formada montaj olunub və vətəndaşdan çox öz danışığlarına üstünlük veriblər. Və bizdən bu video kadrı da təkzibə əlavə edərək işıqlandırmağımızı istəyirlər.Təbii ki, biz bunları işıqlandıracağıq. Amma bildirmək istəyirik ki, bizim əsas məqsədimiz vətəndaşın problemini həll etmək üçün çalışmaqdır.Əfsuslar olsun ki ,RİH məsələnin həlli üçün yox, görüntü yaradaraq problemi olan vətəndaşı günahkar göstərməyə çalışır.Lakin biz hesab edirik ki,aidiyyatı qurumların vətəndaşların problemlərinə bu cür yanaşması  heç də doğru addım deyil.Bu qənaətə gəlməyimizin əsas səbəbi olaraq vətəndaşın üç probleminin heç birinə köməklik göstərilməməsini prioritet görürük. Təbii ki ,biz bütün məsələləri ictimaiyyətin diqqətinə çatdırırıq. Atalar demiş : elin gözü tərəzidir. 
Ümidvarıq ki, ictimaiyyiət öz rəyini bildirəcək.
 
T Ə K Z İ B 
                                                                           
"YouTube” şəbəkəsinin "Mum Tv” kanalında Ağsu şəhər sakini, 1982-ci il təvəllüdlü, ümumi orta təhsilli Hacıyeva Samirə Murad qızının 05 fevral 2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində fərdi yaşayış evinə ziyan dəydiyini, lakin bununla bağlı müracətlərinə baxılmadığını, pandemiya dövründə ona Heydər Əliyev Fondu tərəfindən 2 dəfə verilən ərzaq yardımının birindən bəzi ərzaq məhsullarının rayon icra hakimiyyətinin işçiləri tərəfindən götürülməsini və ona əlillik təyini üçün heç bir köməklik göstərilmədiyini bildirmişdir.
Video-müraciət tərəfimizdən araşdırılmışdır. Müəyyən olunmuşdur ki, S.Hacıyeva evinə zəlzələdən ziyan dəyməsi, ərzaq yardımı alması və əlillik təyini ilə bağlı bu günə kimi Ağsu Rayon İcra Hakimiyyətinə müraciət etməmiş, qəbulda olmamışdır. O, azyaşlı qızı - Cəmalə Hacıyeva ilə birlikdə tikintisi tam başa çatdırılmamış Ağsu şəhəri, 3-cü məhəllədə yerləşən evdə yaşayır. S.Hacıyeva yaşadığı evi ifrat dərəcədə antisanitar vəziyyətdə saxlayır və orada heç bir səliqə-səhman yoxdur.
Bildiririk ki, pandemiya dövründə Heydər Əliyev Fondu tərəfindən S.Hacıyevaya göndərilmiş ərzaq yardımı Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən ona normal vəziyyətdə təqdim olunmuş və fotoşəkil çəkilmişdir. Onun iddia etdiyi, guya Rayon İcra Hakimiyyətindən tam olmayaraq verilən 2-ci yardım isə əslində imkansız ailələrə pandemiya vaxtında yardım edən rayon sahibkarları tərəfindən verilmiş və video çəkiliş aparılmışdır (video və fotoşəkil əlavə olunur)
Hazırda yaşadığı evi tikilmiş vəziyyətdə alması, ali təhsilə malik olması, əvvəllər tərcüməçi işləməsi və 2-ci qrup əlil olduğu barədə S.Hacıyevanın dedikləri öz təsdiqini tapmamışdır. Müəyyən olunub ki, həmin evi S.Hacıyeva valideynlərinin köməyi ilə tikdirmişdir. O, 1997-ci ildə Ağsu şəhər 3 saylı tam orta məktəbin 9-cu sinfini bitirib və ümumi orta təhsil haqqında şəhadətnamə alıb.
Əlavə olaraq bildiririk ki, vətəndaş S.Hacıyevanın Rayon İcra Hakimiyyətinin fəaliyyəti, həmçinin ona verilən ərzaq yardımının bir hissəsinin mənimsənilməsi haqqında "Mum Tv” kanalında bildirdiyi fikirlər həqiqətə uyğun deyil, kənar şəxslər tərəfindən istiqamətləndirilməklə böhtan xarakterlidir, eləcə də Ağsu RİH qarşısında tələbləri əsassızdır.
Odur ki, Təkzibin saytınızda dərc olunmasını xahiş edirik.
Qeyd: S.Hacıyevanın müraciətinin araşdırılması gedişini əks etdirən video-material Təkzibə əlavə olunur.
Ağsu Rayon İcra Hakimiyyəti