Gündəm / Sosial / Foto / Video

Astara rayonunda baş verənlər hamını təəccübləndirəcək FOTO/VIDEO

Astara rayonunda baş verənlər hamını təəccübləndirəcək FOTO/VIDEO












 

Dəyərli izləyicilər bu işin ictimailəşməsini bizdən xahiş edən iki az yaşlı övlad atası Kərimov Radiq İsmayıl oğlu, çox acınacaqlı durumda olduğunu, bir çox xəstəlikdən əziyyət çəkdiyini bildirərək,lakin bu günə kimi əlillik dərəcəsinin verilməməsindən gileyləndi.

Astara rayon hərbi komissarlığı tərəfindən tam sağlam diaqnozu ilə 2003 - cü ildə həqiqi hərbi xidmətə göndərildikdən bir müddət sonra, onun səhhətində yaranan problemlərdən dolayı hərbi qospitala göndərilməli olur. Hərbi hissə tərəfindən Qospitala göndərilən Kərimov Radiq İsmayıl oğluna həkim müayinələrindən sonra, xəstəliyi ilə bağlı hərbi xidmətə yararsız olduğu bildirilir.
Astara rayon Ərkivan kənd sakini Kərimov Radiq İsmayıl oğlu, səhhətində yaranmış ciddi problemlərdən dolayı əmək qabiliyyətini itirmiş, lakin o gündən bu günə kimi əlillik dərəcəsini ala bilmədiyini vurğuladı.

Ailəsi ilə birlikdə çox acınacaqlı durumda olduğunu bildirən vətəndaş, heç bir yerdən maddi gəlirinin olmamasını söyləməklə yanaşı, üstəlik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən ünvanlı dövlət sosial yardımı da ala bilmədiyini söylədi. Ünvanlı dövlət sosial yardımı ala bilməməsini bu şəkildə əsaslandırdı ki, "Sosial yardım almaq üçün xüsusi şəxslərə alacağın sosial yardımın müəyyən olunan məbləğin bir neçə ayının pulunu ödəməklə , ünvanlı dövlət sosial yardımı əldə etmək mümkündür"


Yenə rüşvət!

Yenə şəxsi maraqlar xatirinə vətəndaşa laqeyd yanaşma!
Yenə də bəzi qurumlar tərəfindən vətəndaş haqlarına biganə qalaraq, düzgün məlumatın verilməməsi özünü əks etdirir.
Bütün bu qeyd etdiyimiz özbaşınalıqların hər biri Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən yerli DSMF- tərəfindən edilir.

Ölkə başçısı Cənab İlham Əliyevin dəfələrlə etdiyi çıxışlarda, Nazirlərə, İcra Başçılarına və bir çox əlaqəli qurumlara verdiyi tapşırıqları qulaq ardına vuraraq, vətəndaşları incidən və onların haqlı narazılıqlarına biganə qalan yenə də məmurlar, onların tabeliyində fəaliyyət göstərən idarələr və yerli icra orqanlarıdır
Pərdə arxası söhbətimiz zamanı müsahibimiz Kərimov Radiq İsmayıl oğlunun Astara rayonunda hökm sürən bir çox özbaşınalığın qorxudan deyə bilməməsinin şahidi olduq.Rayon İcra Hakimiyyəti tərəfindən xəstə və yazıq görkəmində olan vətəndaşın probleminin həlli istiqamətində,illərdir çox ağır vəziyyətdə kirayədə yaşayan ailəyə kömək etmək əvəzinə, əfsuslar olsun ki, bunun tam əksini görürük.
Astara rayonunda baş verənlər hamını təəccübləndirəcək FOTO/VIDEO














Cənab Prezidentimiz tərəfindən etimad göstərilərək Astara rayon İcra hakimi vəzifəsinə təyin olunan Ağayev Qəzənfər Arif oğlu görünür ki, oturduğu kreslodan qalxıb, rayon və kənd sakinlərinin vəziyyəti ilə maraqlanmır. Rayon İcra Hakimiyyəti səyyar görüşlər keçirib vətəndaşların yaranan problemlərinin aradan qaldırılması istiqamətində aidiyyatı qurumlara tapşırıqlar vermək əvəzinə, əksinə vətəndaşı məcbur edirlər ki, 313 km yol qət edərək, Astara rayonundan Bakı şəhərinə üz tutaraq, Dogruxeber.az informasiya agentliyi vasitəsilə Dövlətimizin başçısı Cənab İlham Əliyevdən kömək istəyir.
Əziz oxucular
Aşağıda sizlərə təqdim edəcəyimiz videoda, müsahibimizin öz dilindən eşidəcəyiniz və görəcəyiniz faktlar bunu deməyə əsas verir ki, bu ailəyə sözün həqiqi mənasında hər tərəfli kömək lazımdır.!
Xəstəliyi ilə baş- başa qalan Radiq Kərimovun həyat yoldaşınında xəstə olması, iki az yaşlı uşaqlarınında həm maddi, həmdə mənəvi cəhətdən həyatı yaşamalarını daha da ağırlaşdırır. Xəstə və acınacaqlı durumda yaşayan Radiq Kərimov hətta imkanlı şəxslərdən də onlara kömək etmələrini xahiş etdi.
Ümüd edirik ki, Astara rayon Ərkivan kənd sakini Kərimov Radiq İsmayıl oğlunun bu müraciətindən sonra, onun və ailəsinin yaşadığı problemlərə son qoyularaq, Radiqin əlillik dərəcəsinin verilməsində və ünvanlı dövlət sosial yardımın təyin olunmasında aidiyyatı qurumlar öz köməkliyini əsirgəməyəcəklər!
DogruXeber.az informasiya agentliyi olaraq bizlərə, müraciət edən, Dövlət qurumlarından narazı qalan vətəndaşların səslərini ölkə başçısına çatdırmaqda israrlıyıq!
Qarşı tərəfin möqeyini dinləyib dərc etməyə hazırıq
Bizi izləməyi unutmayın!
DogruXeber.az
Astara rayonunda baş verənlər hamını təəccübləndirəcək FOTO/VIDEO
Astara rayonunda baş verənlər hamını təəccübləndirəcək FOTO/VIDEO
Astara rayonunda baş verənlər hamını təəccübləndirəcək FOTO/VIDEO