"Kanal14.az" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib. 

Nazir bildirib ki, 40-55 yaş arası olanlar nazirliyi daha çox narahat edir. E.Əmrullayevin sözlərinə görə, şaftalı sözünü düz yaza bilməyən müəllimlər də var:

"60 yaş üzəri olanlardan 68%-i uğur əldə edib. Müəllimlər daha çox sözlərdən hərflərin ardıcıllığı ilə bağlı 18 faiz səhv cavab verib. Bəzi müəllimlər şaftalını "şafdalı" kimi yazır".