Gündəm / Sosial

Şənbə günü müəllimlər işə necə gəlməlidir? - Nazir izah edir

 dersler | Samsun Üniversitesi Uzaktan Eğitim Uygulama ve Araştırma Merkezi - Samsun Üniversitesi Uzaktan Eğitim Uygulama ve Araştırma Merkezi

Təhsil naziri Emin Əmrullayev şənbə günlərində ictimai nəqliyyat işləmədiyi halda, bəzi məktəblərdə dərslərin keçirilməsi ilə bağlı açıqlama verib.

Kanal14.az Trend-ə istinadən bildirir ki, Təhsil naziri Emin Əmrullayev deyib ki, bu məsələ daha çox Bakı, Sumqayıt və Abşeronda aktualdır. Onun sözlərinə görə, Təhsil Nazirliyi mümkün qədər şənbə günündə dərslərin olmamasına çalışır:

"Bu məsələdə şagirdlərlə bağlı bizim elə ciddi problemimiz olmur. Çünki şagirdlərin əksəriyyəti dərsə marşrutdan istifadə edərək gəlmir, piyada gəlirlər. Müəllimlərimizlə bağlı problemlər var. Amma müəllimlər bu məsələni məktəblərlə tənzimləyə bilərlər. Şəxsi maşını olmayan və məktəbə yaxın yerdə yaşamayan müəllimlər üçün şənbə günü dərslər salınmaya bilər. Amma ümumiyyətlə, onu demək olar ki, şənbə günü fəaliyyət göstərən məktəblərimizin sayı azdır".