Gündəm / Cəmiyyət / Təhsil

Sirat körpüsündən yıxılan təhsilimiz lay-lay...

Sirat körpüsündən yıxılan təhsilimiz lay-lay...

Azərbaycan təhsili ən gərgin dövrünü yaşayır. Əgər belə davam edərsə təhsilimizin çox yaxında "komaya düşəcəyi" qaçılmazdır.

"DogruXeber.az" bildirir ki, son aylar hər gün ardıcıl şəkildə redaksiyamıza daxil olan bu sahəyə dair şikayət və müraciətlər belə düşünməyimizə əsas vermiş olur.

Aylardır Sertifikasiya imtahanının qeyri-şəffaf keçdiyini deyən, imtahan otaqlarındakı müşahidə kameralarının açılmasını tələb edən 4 min nəfərdən çox işsiz qalan müəllimlər, sözün əsl mənasında onlardan qaçan, görüşmək istəməyən Elm və Təhsil naziri Emin Əmrullayevə sözlərini çatdırmaq üçün çarəsiz halda mətbuata üz tutdular.

Lakin, bu qədər insanların israrlı tələblərinə qarşı Elm və Təhsil Nazirliyi hələ də səssizlik nümayiş etdirir. Bəlli ki, haqsızlığa məruz qaldıqlarını deyən müəllimlər imtahanın qeyri-şəffaf keçməsi barəsindəki iddialarında haqlıdırlar və Emin Əmrullayevlə onun komandası da bundan xəbərdardır.

Bunu elə vəzifə borcunun mətbuat nümayəndələri və ictimaiyyətlə əlaqələr yaratmaqdan ibarət olan Səbuhi Rzayevin zənglərimizdən belə qaçmasından, suallarımıza cavab verməyə qadir olmadığından da aydın görmək olur.

Qeyd edək ki, mühüm vəzifələri özü kimi gənclərə həvalə edən Emin Əmrullayev seçimində çox diqqətlidir ki, özü kimi də fəaliyyəti (ya da fəaliyyətsizliyi) ilə narazı saldığı insanlardan məharətlə yayına bilən insanları ətrafına toplayıb.

Söz yox ki, Səbuhi Rzayevdən əvvəl Elm və Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsində çalışan məşhur Cəsarət Valehovun da vəzifənin öhdəsindən layiqincə gəldiyini desək vəzifəyə haqsızlıq edərik, amma ən azından hərdənbir zənglərə cavab verib, yerinə yetirməsə də ümidverici cavablarla yola verməyi var idi. Hər kəs Cəsarət Valehovun yerində olmadığını, işinin öhdəsindən gəlmədiyini deyərək, onun işdən azad olunmasını istəyirdi. Amma, deyəsən yağışdan çıxıb, yağmura düşdük. Onun yerinə təyin edilən gənc və təcrübəsiz Səbuhi Rzayev deyəsən işinin yalnız dövlət televiziyalarına "xumarlanaraq" verdiyi "bəzəkli-düzəkli" müsahibələrdən ibarət olduğunu düşünür.

Demək ki, problem çalışanlarda deyil, onları vəzifəyə təyin edən nazirin tapşırığı, yaxud da fəaliyyət metodu belədir - "bir qulağından al, o, birindən ver getsin, yetər ki, cibimiz dolsun".

Onu da qınamırıq, "Şakaya pul lazımdır". Zarafat deyile o, boyda Avropanın ən tanınmış universitetlərində gəlinbacı oxutmaq. O, bizim gənc nazirimiz Emin Əmrullayevdir ki, vəzifəsinin öhtəsindən gəlməsə də gəlinbacı üçün hər çətinliyə məharətlə sinə gərir.

Amma, ödəniş məsələlərində təhsil sahəsində çalışanların da haqqını danmaq olmaz. Nə də olsa "para"nın (pul) mənbəyi onlardır axı.

Yox, bu da bizim sadəcə ehtimalımız deyil. Sözügedən sahədə illərini verən, elmi dərəcələri ola-ola, direktorluq müsabiqələrində yüksək nəticələr göstərməsinə rəğmən müxtəlif bəhanələr əsas gətirilərək, buna nail olmasına süni əngəllər yaradılan şəxslərin kənarda qaldığı bir vaxtda, heç bir müsabiqədə nəinki lazımi nəticəni göstərməyən, hətta ümumiyyətlə müsabiqələrdə iştirak etməyən şəxslərin bu vəzifələrə təyin olunmaları, barələrində kifayət qədər şikayət və ciddi faktların olduğu halda Fəranə Məhərrəmova, Günay Həsənova, Zəminə İsayeva, Beyləqan Rayon Xalaç kənd orta məktəbində Murad Məmmədov, Həcər Mahmudova, Ruhiyyə Tağıyeva, Əsmər Əliyeva və sair kimi yüzlərlə, bəlkə də minlərlə şəxslərin hələ də bu sahədə çalışması Emin Əmrullayev rəhbərliyinin Azərbaycan təhsili üçün nə qədər böyük təhlükə, nə qədər güclü zərbə olduğunun göstəricisidir.

Sən demə, onların korrupsoner əməllərindən rəhbərliyin xəbəri əvvəldən varmış - Bağça müdiri özü etiraf edir // VİDEO

Bəs qanunsuz yığılan pullar hara gedir, Zəminə xanım ? - VİDEO

Korrupsiya tüğyan edən təhsil müəssisəsində ailə biznesi - VİDEO

Yeri gəlmişkən, Sertifikasiya imtahanından kəsilən müəllimlərin böyük əksəriyyəti sertifikasiya imtahanlndan əvvəl onlardan uğurlu nəticələr vəd edilərək pul tələb edildiyini iddia edirlər. Hətta, onların sözlərinə görə əks halda kəsiləcəkləri xəbərdarlığı edilmişdi ki, oldu da.

Bizim cənab belə cənabdır, dedimi, mütləq edir.

Elə bu cənabın ən lazımlı, vacib, aparıcı sahənin - təhsilimizin başında olmağı, bu xalqın bu gününün və gələcəyinin müsibətidir.

Müsibət oluruq biz,
Səhv düşəndə yerimiz.

Güman edirik ki, ən qısa zamanda ölkə başçısı onun böyük çətinliklərə, təhlükələrə sinə gərərək qoruduğu dövlətə, dövlətçiliyə və uğurlu siyasətinə əks olan təhsil siyasətini düşdüyü durumdan çıxaracaq olan o, qərarı verəcək və bu sahəyə aid olan bir şəxsə təhsilimizi həvalə edəcəkdir.

Redaksiamız hər kəsin söz haqqını tanıyır!

DogruXeber.az