Gündəm / Hadisə / Dünya

Fransada güclü meşə yanğını başlayıb

Fransada güclü meşə yanğını başlayıb

Fransannı cənubundakı Bouçes-du-Ron əyalətinin Aureille və Eyguieres şəhərləri arasında başlayan yanğında indiyədək 125 hektardan çox yaşıllıq sahəsi yanıb.

"Kanal14.az" Fransa KİV-lərinə istinadən xəbər verir ki, saatda 90 kilometr sürətlə əsən külək səbəbindən yanğının söndürülməsini çətinləşdirir.

600 yanğınsöndürən, 160 texnika, o cümlədən 11 yanğınsöndürən təyyarə və 4 helikopter alovla mübarizə aparır.

Qeyd olunub ki, Fransada yeni ildən bəri müxtəlif yanğınlarda 60 min hektardan çox yaşıllıq sahəsi külə dönüb.