Gündəm

Quzu əti bahalaşıb – Video

Quzu əti bahalaşıb – Video
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Azərbaycanda qoyun ətindən fərqli olaraq quzu ətinin qiyməti qalxıb.

" Kanal14.az ” ın "Xezerxeber.az”a istinadən məlumatına görə, hazırda bazarda 1 kiloqram quzu ətinin qiyməti 14 manatdır.

Satıcılar deyirlər ki, qiymətlər 1 aya yaxındır ki, qalxıb.

 

Qiymət artımının səbəbinə gəldikdə isə, satıcılar deyirlər ki, başlıca səbəb bu aylarda yaşanan quzu qıtlığıdır. Tələb çox olduğundan bölgələrdə əmlik quzu tapmaq sözün əsl mənasında müşkülə çevrilib.

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, nazirlik ətin qiymətinin müəyyən edilməsində iştirak etmir. O ki qaldı bölgələrdə yaşanan quzu qıtlığına, nazirlikdən bildirilib ki, bu, düzgün yanaşma deyil. Qiymətin qalxmasına bayram günlərində quzu ətinə tələbin çox olması səbəb ola bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: