"Kanal14.az" xəbər verir  ki, Kolumbiya ordusu uzaqdan idarə olunan müşahidə cihazları ilə təxminən 950 metr dərinlikdə batan gəmini izləyib.

3 əsrdir su altında qalan gəmiyə "insan müdaxiləsi”nin olmadığı açıqlanıb.

Kolumbiya prezidenti İvan Duke verdiyi açıqlamada, "Texnoloji avadanlıq və Kolumbiya donanmasının işi sayəsində biz görünməmiş dəqiqliklə şəkillər çəkə bildik", - bildirib. 

Digər tərəfdən səlahiyyətlilər müşahidə işləri zamanı biri döyüş gəmisi, digəri isə yelkənli olan 2 yeni gəmi aşkarlayıb.